“PAŞA Bank” sahibkarlara illik 12%-dən başlayan biznes krediti təklif edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
yerli bazarda müştərilərinin rəqabət qabiliyyətini artırmaq üçün
həyata keçirdiyi təşəbbüsləri davam etdirir.

Belə ki, Bank biznes sahibləri üçün ilin sonuna özəl sərfəli
kredit kampaniyasına start verib. 30 dekabr 2025-ci il tarixinədək,
sahibkarlar illik cəmi 12%-dən başlayan faiz dərəcəsi və 0,3%-dən
başlayan komissiya ilə biznes kreditinə müraciət edə bilərlər.




Qeyd edək ki, ilin sonuna doğru təqdim edilən bu xüsusi təklif
biznes müştərilərinin likvidlik ehtiyaclarının rahat şəkildə təmin
edilməsinə xidmət edir və onların dayanıqlı inkişafına dəstək
olmağı hədəfləyir. Ətraflı məlumat və müraciət üçün
linkə keçid alın.

Xatırladaq ki, Azərbaycan bazarında kiçik və orta sahibkarlıq
seqmentinin inkişafına verdiyi dəstəyə görə “PAŞA Bank” 2024-cü
ildə nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Ən
yaxşı KOS bankı” mükafatına layiq görülüb. Bundan əlavə, Bank
2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi
töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq
nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib,
həmçinin “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında
“Gold Stevie” mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan
başqa, “PAŞA Bank” bu il “Global Finance” nəşri tərəfindən təqdim
edilən “World’s Best Private Banks 2025” mükafatlarının
qaliblərindən biri olaraq tanınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir