“Fitch” “Cənub Qaz Dəhlizi” QSC-yə “BBB-” reytinq səviyyəsi təyin edib

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “Cənub Qaz Dəhlizi”
Qapalı Səhmdar Cəmiyyətinə uzunmüddətli emitentin defoltu
reytinqini- sabit proqnozlu “BBB-” səviyyəsini təyib.

Trend bu barədə
“Fitch”ə istinadən xəbər verir.

“Fitch”in dövlət şirkətləri üçün müəyyən etdiyi meyarlara
əsasən, QSC-nin reytinqi onun yekun səhmdarı olan Azərbaycanın
reytinqi (BBB- / Stable) ilə eyniləşdirilir. Bu, Cənub Qaz Dəhlizi
QSC-nin bütün borc öhdəliklərinin dövlət zəmanətləri ilə təmin
olunması və agentliyin gözləntilərinə görə, bu təcrübənin proqnoz
dövrü ərzində davam edəcəyini əks etdirir.

Şirkətin fərdi kredit profili ‘bbb-’ səviyyəsində olmaqla,
yüksək pul axını generasiyası, qazın uzunmüddətli müqavilə əsasında
nəqli üzrə biznes modelinin yüksək proqnozlaşdırıla bilməsi, böyük
fəaliyyət miqyası və çox güclü maliyyə göstəriciləri ilə
dəstəklənir. Məhdudlaşdırıcı amillər kimi upstream seqmentində
qiymət volatilliyi, “Şahdəniz” qaz-kondensat yatağının təbii
tükənməsi, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyədə kontragent
riskləri və əməliyyat mühitinin xüsusiyyətləri qeyd olunur.

“2025-ci ilin avqust ayının sonuna olan vəziyyətə görə, QSC-nin
bütün borcları dövlət tərəfindən zəmanətlə təmin edilirdi və bunun
davam edəcəyini gözləyirik”, – deyə “Fitch”də bildirilib.




Agentlik vurğulayır ki, QSC geniş fəaliyyət miqyasına, coğrafi
şaxələndirməyə və şaquli inteqrasiyaya malikdir. Xüsusilə, şirkət
aşağıdakı sahələrdə iştirak edir:

Upstream – “Şahdəniz” qaz-kondensat yatağında 16,02% pay,

Midstream – qazın Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə
Cənubi Avropaya nəqli; o cümlədən TANAP-da 51%, Cənubi Qafqaz Boru
Kəmərində (SCP) 21,02%, Transadriatik Boru Kəmərində (TAP) 20%
pay,

Downstream – qazın son istehlakçılara satışı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir