“İlin bankı” ABB oldu!

Baş səhifə

Bakı. Trend:

Qlobal maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan “The
Banker” jurnalı 2025-ci ilin nəticələrinə görə “İlin bankı”
mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə “İlin bankı”
mükafatını ABB qazanıb. Londonda keçirilən təntənəli mərasimdə
mükafat ABB-yə təqdim olunub.

“The Banker” jurnalı 2021-ci ildən bəri ardıcıl olaraq 5 ildir
ki, Azərbaycan üzrə “İlin bankı” məhz ABB-ni seçir.

Bank bu mükafatı ümumi fəaliyyət göstəricilərinə, eləcə də
əməliyyatlarının effektivliyinə, aktivlərinin keyfiyyətinə,
dayanıqlı maliyyə mövqeyinə, risk menecmenti standartlarına,
likvidliyinə, rəqəmsal bankçılıqdan yüksək istifadə səviyyəsinə
görə qazanıb. 2025-cü il üzrə “İlin bankı” mükafatına layiq
görülmüş banklar sırasında Commerzbank, HSBC, OTP Bank, UniCredit
Bank, HSBC, VakıfBank və başqa nüfuzlu banklar da yer alıb. Daha
ətraflı məlumatlarla buradan tanış olmaq
mümkündür.




“The Financial Times” qəzetinə aid olan “The Banker” jurnalı
1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə
başladığı “İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartına
çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə “Bankçılıq sektorunun
Oskarı” kimi də qəbul edirlər.

“İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə
edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar
heyətinin birgə qərarı ilə aparılır. Mükafatın təqdimatı tədbirində
hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər
şəxsləri iştirak edir. Bu baxımdan, “The Banker” jurnalının “İlin
bankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə
sektorunun ən böyük toplantılarındandır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir