Azərbaycan-Gürcüstan qlobal informasiya təhdidlərinə qarşı birgə layihələr həyata keçirə bilər – MEDİA

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Gürcüstan qlobal informasiya təhdidlərinə qarşı
birgə layihələr həyata keçirə və bu istiqamətdə əməkdaşlığı
gücləndirə bilər.

Trend xəbər
verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin icraçı
direktoru Əhməd İsmayılov “İctimai etimadın formalaşdırılmasında
medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda keçirilən
Azərbaycan-Gürcüstan Media Forumunun açılış mərasimində çıxışı
zamanı deyib.

İcraçı direktor xatırladıb ki, Medianın İnkişafı Agentliyi
cəmiyyətin media savadlılıq səviyyəsinin artırılması üçün artıq
ənənə halını almış sistemli tədbirlər həyata keçirir. Hər ilin
dekabr ayında Azərbaycanda “Media savadlılığı” həftəsi start
götürməsi bu sahədə maarifləndirmə işlərini daha da
gücləndirir.




“Biz bu istiqamətdə də Gürcüstanlı həmkarlarımızla əməkdaşlıq
etməyə, təcrübə mübadiləsi aparmağa hazırıq. Azərbaycan–Gürcüstan
dostluğu və strateji tərəfdaşlığı yaşadığımız regionda nümunəvi
əməkdaşlıq modelidir.

Bizim ilk forumumuz isə əlaqələrimizin media sahəsində də yeni
mərhələyə qədəm qoymasına imkan yaradacaq”, – deyə o fikrini
tamamlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir