Azərbaycanın başqa ölkələrin torpaqlarına iddiası yoxdur – Şamil Ayrım

Baş səhifə

Azərbaycanın başqa ölkələrin torpaqlarına iddiası yoxdur.

Modern.az xəbər verir ki, bu barədə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfransda çıxış edən Türkiyə parlamentinin deputatı Şamil Ayrım bildirib.

Şamil Ayrım Qərbi Azərbaycan Azərbaycan xalqının tarixi torpaqları olduğunu qeyd edib:

“19-cu əsrin əvvəllərində orada azərbaycanlılar yaşayıb. İndi Azərbaycan xalqının mədəni irsi həmin torpaqlarda qalır. Azərbaycanlıların haqqıdır ki, o mənəvi abidələrlə təmasda olsun. Ermənistan isə bu haqlı mövqeyə qarşı ehtiyatlı davranır. Azərbaycanlıların qayıdışından narahatdırlar”.

Cavid Zahidoğlu

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir