AzMİU nümayəndəsi Nyu-York Universitetində keçirilən beynəlxalq tədbirdə məruzə ilə çıxış edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Nyu-York Universiteti Şanxay və Feişu Çin icmasının
təşkilatçılığı ilə keçirilən “Optimization, Control and AI” adlı
beynəlxalq tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin
(AzMİU) rektorunun müşaviri Sərxan Talıbzadə məruzə ilə çıxış
edib.

O, “AI-Powered Plagiarism Detection for Academic Writing in
Low-Resource Languages” mövzusunda təqdimat edərək aşağı resurslu
dillərdə akademik mətnlərin süni intellekt vasitəsilə plagiat
analizinin aparılması üzrə apardığı tədqiqatın nəticələrini
iştirakçılarla bölüşüb. Qeyd olunan mövzu Sərxan Talıbzadənin
hazırda üzərində çalışdığı elmi-tədqiqat işinin əsas
istiqamətlərindəndir.

Tədbir çərçivəsində Harvard, Prinston, Fudan, Şanxay Jiao Tonq,
London Kraliça mariya universitetləri, London İmperial Kolleci kimi
dünyanın aparıcı ali təhsil müəssisələrindən olan alimlərin
çıxışları dinlənilib.




Səfərin növbəti günündə Sərxan Talıbzadə BMT-nin UNU-INWEH
təşkilatı tərəfindən keçirilən hakatonda münsiflər heyətinin üzvü
kimi çıxış edib. O, həmçinin Stockholm Water Prize mükafatı
laureatı, dünya şöhrətli hidrogeoloq professor Con Çerri ilə elmi
müzakirələr aparmaq imkanı qazanıb.

Səfərin sonuncu günü AzMİU nümayəndəsi Şanxay Robot Sənaye
Texnologiyaları Elmi-Tədqiqat İnstitutunda olub və elm-sənaye
inteqrasiyası əsasında yaradılan innovativ həllərlə yaxından tanış
olub.

Sərxan Talıbzadə səfərin yüksək səviyyədə təşkil olunmasını,
elmi işinə beynəlxalq akademik ictimaiyyət tərəfindən verilən
dəyəri və iştirakla bağlı bütün xərclərin qarşılanmasını böyük
etimad göstəricisi kimi qiymətləndirib. Bildirib ki, nüfuzlu
beynəlxalq elm adamları ilə süni intellekt texnologiyalarının
inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq onun üçün
son dərəcə dəyərli elmi təcrübə olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir