ADB ADY-də innovativ həllər və enerji səmərəliliyi üzrə texniki dəstəyi genişləndirir

Baş səhifə

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Asiya İnkişaf Bankı (ADB) ilə tərəfdaşlıq çərçivəsində təqdim etdiyi dekarbonizasiya üzrə layihəsi əsasında edilən texniki yardım bir neçə nəticəyə istiqamətlənir və onların hamısı ADY-nin gələcəkdə necə bir dəmir yolu şirkəti olmağı hədəflədiyinə uyğunlaşdırılıb.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADB-nin İnkişaf etməkdə olan Sahələr üzrə Sektorlar Departamentinin direktoru Cindy Tiangco bildirib.

Onun sözlərinə görə, texniki yardım çərçivəsində yalnız dəmir yolunun fəaliyyətinin yaxşılaşdırılması üzrə innovativ həllərə deyil, həmçinin onun mövcud aktivlərindən istifadə etməklə bərpa olunan enerji istehsalı və bu enerjinin öz ehtiyacları üçün səmərəli istifadəsi imkanlarına da baxılacaq.

“Bununla yanaşı, enerji səmərəliliyi tədbirlərinə və potensialın gücləndirilməsinə xüsusi diqqət ayrılacaq. Çünki texniki yardımımızın məqsədi ondan ibarətdir ki, şirkət və ya ölkə layihələri özü hazırlaya və icra edə bilsin. ADB isə bu prosesdə potensialın artırılmasına dəstək göstərir və beynəlxalq ən yaxşı təcrübələri gətirərək ADY-nin öz əməliyyatlarına inteqrasiya etməsinə kömək edir”, – Cindy Tiangcoqeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir