Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb – YENİLƏNİB

Baş səhifə

2004-cü il təvəllüdlü, 23-24 həftəlik hamilə dekabrın 2-də saat 22:50 radələrində Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, pasiyent bir neçə gündür davam edən öskürəkdən, bədən temperaturunun yüksəlməsindən şikayət edib.

“Tənəffüs sistemi xəstəliyi, ağciyər çatışmazlığı, bakterial infeksiya, pnevmoniya diaqnozları təyin edilən şəxs klinik laborator instrumental müayinələrdən keçirilib, zəruri tibbi xidmətlər göstərilib.

Dekabrın 3-də saat 01:30 radələrində xəstədə təngnəfəslik, ardından boğulma başlayıb. Reanimatoloq baxışından sonra müvafiq təyinatlar verilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 06:10 radələrində biolojı ölüm qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aidiyyəti şöbəsinə təhvil verilib”, deyə məlumatda bildirilib.

Gülcahan Məmmədova

***

10.17

Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Məlumata görə, A.M.Şərifzadə küçəsində yerləşən xəstəxanada Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanova doğuş zamanı ölüb.

Faktla bağlı araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, ölüm faktı Respublika Klinik Xəstəxanasının Doğum şöbəsində baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir