Türk Dövlətləri Təşkilatının iclası keçirilir

Baş səhifə

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir.

Metbuat.az xəbər verir ki, toplantıda Azərbaycanın əmək və sosial müdafiəsi naziri Anar Əliyev, TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan, Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Kamçıbek Dosmatov, Özbəkistanın məşğulluq ve yoxsulluğun azaldılması nazirinin müavini Sirojiddin Bobokulov, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Viktoriya Şeqay, Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu, Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin məşğulluq siyasəti üzrə dövlət katibi Şandor Tsomba, həmçinin Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Tacjanova iştirak edirlər.

Sonda TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsi imzalanacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir