Ermənistanda ötən gün saxlanılan arxiyepiskop həbs edilib

Baş səhifə

Arxiyepiskop Arşak Xaçatryan həbs edilib.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, məhkəmə arxiyepiskop Arşak Xaçatryanın barəsində iki aylıq həbs qərarı çıxarıb.

Qeyd edək ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı saxlayıb.

İstintaq Komitəsi arxiyepiskop Arşak Xaçatryanın narkotiklərin qanunsuz dövriyyəsi maddəsi ilə saxlanıldığını açıqlayıb.

Xatırladaq ki, Eçmiədzinin kargüzarlıq idarəsinin rəhbəri Xaçaturyan bazar ertəsi keçirdiyi mətbuat konfransında MTX-nin nümayəndələri ilə bir neçə dəfə qeyri-rəsmi görüş keçirdiyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir