Motodəbilqə taxmayanlar 40 manat cərimələnəcək

Baş səhifə

Bakı. Trend:

Motodəbilqə taxmadan mopedi idarə edənlər cərimələnəcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisinin Hüquq siyasəti və
dövlət quruculuğu və
Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan İnzibati
Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz
əksini tapıb.




Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən
mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu
düymələməyən sərnişinləri mopedi daşımağa görə qırx manat
məbləğində cərimə ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir