
Bakı. Trend:
Vətəndaşların təhlükəsiz əmək şəraitini təmin etmək də
prioritetlərimizdəndir.
Trend xəbər
verir ki, bunu TDT-nin Baş katibi Kubançıbek Ömüralıyev bu gün
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və
sosial müdafiə nazirlərinin birinci iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın sədrlik etdiyi bu toplantı
təşkilatın inkişafına mühüm töhfə verir:
“175 milyon əhalisi olan türk dünyası böyük iqtisadi potensiala
malikdir. 2024-cü ildə ümumdaxili məhsulumuz 2.1 trilyon ABŞ
dollarını keçəcək. Bu rəqəmlər regionumuzun dinamizmini və artan
sosial aktivliyini göstərir.
Əldə etdiyimiz bu iqtisadi dinamikanı inkişaf etdirərək türk
dünyasına fayda vermək üçün əməkdaşlıq vacibdir. Türk dünyasını
bütün sahələrdə inteqrasiya etmək əsas məsələdir. Güclü əmək bazarı
və xalqın rifahını qoruyan sistem olmadan davamlı iqtisadi inkişaf
mümkün deyil”.

