
Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə
nazirlərinin növbəti iclası Türkiyədə keçiriləcək.
Trend xəbər
verir ki, bunu TDT-nin Baş katibi Kubançıbek Ömüralıyev bu gün
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və
sosial müdafiə nazirlərinin birinci iclasında deyib.
Onun sözlərinə görə, məşğulluğun tənzimlənməsi, pensiya
hüququnun daşınması, sosial müdafiə mexanizmləri, ixtisasların
qarşılıq tanınması çərçivəsində əməkdaşlıq mühümdür:
“İşçi qüvvəsinin sərbəst hərəkətinin asanlaşdırılması strateji
priotetlərdən biri olmalıdır. Birlikdə vətəndaşların tələblərinə
cavab verən, inklüziv əmək bazarı yarada bilərik”.

