İlham Əliyev Tailand kralını təbrik etdi

Baş səhifə

Prezident İlham Əliyev Tailand kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuanı ölkənin milli bayramı münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu gün Azərbaycan ilə Tailand arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq dostluq əlaqələrimizin möhkəmlənməsi, səmərəli əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir