
Bakı. Trend:
SOCAR ilə “UCC Holding” arasında Dəməşq Hava Limanına yanacaq
təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, bu
barədə SOCAR məlumat yayıb.
Sənədə əsasən, şirkətlər tərəfindən Dəməşq Hava Limanına
aviasiya yanacağının təchizatını həyata keçirəcək və zəruri
infrastrukturu təmin edəcək birgə müəssisənin yaradılması nəzərdə
tutulur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı
əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının
təchizatını təmin etmək olacaq.
Qeyd edək ki, cari ildə 6 sentyabr tarixində SOCAR ilə “UCC
Holding” arasında Suriyada və beynəlxalq enerji bazarlarında
uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları
imzalanıb.

