
Çeçenistanda “Qroznı-Siti”yə Ukrayna dronu hücum edib.
APA xəbər verir ki, bu barədə RT-yə hüquq-mühafizə orqanlarında mənbə məlumat verib.
Belə ki, Çeçenistanın paytaxtında “Qroznı-Siti”yə cümə günü gecə Ukrayna dronu hücum edib.
Çeçenistan hakimiyyəti tərəfindən dron hücumu və ya Qroznıdakı hündürmərtəbəli binaya dəyən ziyanla bağlı heç bir rəsmi açıqlama verilməyib.
Cümə səhəri Rosaviasiya təhlükəsizlik məsələləri səbəbindən Qroznının aerodromunu uçuş və eniş üçün bağlayıb.
Rusiya Müdafiə Nazirliyinin səhər hesabatında Çeçenistana dron hücumuna dair məlumat verilməyib.
Ukrayna hərbçiləri Qroznıya edilən zərbə ilə bağlı heç bir şərh yoxdur.
***
10:26
Çeçenistan Təhlükəsizlik Şurası, Hesablama Palatası və seçki komissiyasının yerləşdiyi “Qroznı-Siti” Biznes Mərkəzindəki göydələnə dron zərbəsi endirilib.
APA xəbər verir ki, bu barədə ASTRA Telegram kanalı məlumat yayıb.
Qroznı sakinlərinin sözlərinə görə, PUA-nın hücumu nəticəsində Kadırov pr.3/25 ünvanındakı “Qroznı-Siti” kompleksinin binası zədələnib.
Yerli hakimiyyət orqanlarından hadisəyə dair rəsmi şərh verilməyib.

