
“30 ildir kəndimizdən köçkün düşmüşdük. İnanırdım ki, bir gün geri qayıdacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimiz var olsun”.
APA xəbər verir ki, bunu bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köçən sakin Çiçək İsmayılova deyib.
“Kəndə daxil olanda bütün keçmişimizi xatırladım. Bu kənddə çox xoşbəxt yaşayırdıq. Atam köçkünlük illərində dünyasını dəyişdi. İndi gənc nəslin kəndə qayıtması xüsusilə sevinc doğurur. Bütün keçmiş məcburi köçkünlərə bu günü yaşamağı arzulayıram”, deyə Horovli sakini bildirib.

