“S&P” “AzərEnerji”nin 2025-2026-cı illər üzrə kapital xərcləri ilə bağlı proqnozunu təqdim edib

Baş səhifə

Bakı. Trend:

“S&P Global Ratings”in məlumatına görə, “Azərenerji” nin
kapital xərclərinin 2025-ci ildə 650–670 milyon manat səviyyəsində
olacağı, 2026-cı ildə 550–570 milyon manata qədər azalacağı
gözlənilir.

Trend bu barədə
agentliyə istinadən xəbər verir.

“Nəticə etibarı ilə, 2025-ci ildə 160–180 milyon manat həcmində
mənfi sərbəst əməliyyat pul axını proqnozlaşdırırıq və 2026-cı ildə
bu göstəricinin neytral səviyyəyə çatacağını gözləyirik. Dövlət
kapital yatırımları borcun xidmətinə dair xərclərin bir hissəsini
qarşılmalı, planlı amortizasiya ödənişləri isə borc yükünün cüzi
azalmasına gətirib çıxarmalıdır. Beləliklə, biz əməliyyat
fəaliyyətindən əldə olunan pul vəsaitlərinin borca nisbətinin
proqnoz dövrü ərzində rahat şəkildə 30 faizdən yuxarı olacağını
proqnozlaşdırırıq”, – “S&P” hesabatında qeyd olunur.




Agentlik bildirir ki, yüksək kapital xərcləri tələblərinə
baxmayaraq, “Azərenerji”nin kredit göstəriciləri sabit qalacaq.
Şirkət hidroelektrik stansiyalar da daxil olmaqla bir neçə enerji
istehsalı obyektinin istismara verilməsini və bərpa olunan enerji
layihələrinə sərmayə yatırılmasını planlaşdırır.

“Dövlət dəstəyi əsas kredit risklərini kompensasiya edir. “Azərenerji” valyuta volatilliyinə (borcun demək olar ki, hamısı
xarici valyutada nominallaşdırılıb, gəlirlərin isə demək olar ki,
hamısı manatladır), şirkətin bütün vəsaitlərini saxladığı zəif
daxili bank sisteminə və dövriyyə kapitalının və ya kapital
xərclərinin potensial artımına məruz qalır. Hökumət şirkətin bütün
borcuna zəmanət verir və ya ona sahibdir, həmçinin kapital
qoyuluşlarını təmin edir ki, bu da gözləntimizə görə orta müddətli
perspektivdə davam edəcək. Şirkət kapital qoyuluşları, borc
ödənişləri, vergi güzəştləri və sıfır dividendlər daxil olmaqla
geniş spektrdə dövlət dəstəyi alır. Bu isə “Azərenerji”nin
Azərbaycan hökuməti üçün əsas iqtisadi və sosial rolunu əks
etdirərək, ehtiyac yarandığı halda vaxtında və yetərli fövqəladə
dəstəyin yüksək ehtimalını təsdiqləyir”, – hesabatda
vurğulanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir