
Ukrayna ordusu bu gecə Temrük dəniz limanının infrastrukturunu və Samara vilayətində yerləşən “Sızran” neft emalı zavoduna zərbə endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumatda deyilir ki, pilotsuz uçuş aparatlarını hücumuna məruz qalmış liman əsasən maye təbii qaz və kimyəvi maddələrin daşınmasında istifadə olunur.
Bundan əlavə, Rusiyanın Samara vilayətində yerləşən “Sızran” neft emalı zavoduna da zərbə endirilib. İllik emal həcmi 7–8,9 milyon ton neft təşkil edən zavod Rusiya ordusunun yanacaqla təmin edir.
Hücum nəticəsində liman və zavod ərazisinə güclü yanğın qeydə alınıb.

