“Kristal” və GEWISS genişləndirilmiş əməkdaşlığa başlayır

Baş səhifə

“Kristal” şirkəti ilə İtaliyanın qabaqcıl elektrik avadanlıqları istehsalçısı olan GEWISS arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb. Sənəd şirkətlər arasında mövcud tərəfdaşlığın davamı və növbəti mərhələsi kimi qiymətləndirilir.

Görüş zamanı tərəflər arasında alış-veriş həcminin artırılması və tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı razılıq əldə edilib. Razılaşma xüsusilə hazırda tikintisi davam edən layihələrin daxili tamamlama mərhələlərini, yəni mənzillərdə və ümumi sahələrdə aparılan işləri əhatə edir.

Memorandumu GEWISS şirkətinin Yüksək Artım Potensiallı Regionlar Klasteri üzrə Baş Meneceri Guido Bonacina, “Kristal”dan isə şirkətin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev imzalayıb.

GEWISS brendi elektrik avadanlıqları sahəsində Avropanın aparıcı və ən etibarlı istehsalçılarından biri kimi tanınır. Şirkət yüksək keyfiyyətli və uzunömürlü məhsulları ilə seçilir, həm təhlükəsizlik, həm də funksionallıq baxımından beynəlxalq standartlara tam cavab verir. GEWISS-in elektrik açarları və digər aksesuarları isə müasir interyerlərə uyğun innovativ dizaynı, davamlılığı və texniki üstünlükləri ilə tikinti sektorunda xüsusi yer tutur. Bütün bu xüsusiyyətlər GEWISS-i dünya üzrə tikinti layihələrində üstünlük verilən top brendə çevirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir