Şavkat Mirziyoyev Pərviz Şahbazovu qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovu qəbul
edib.

Trend Energetika Nazirliyinə istinadən xəbər
verir ki, nazir Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat
Mirziyoyevə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.

Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və
müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və
dərinləşdirilməsi məsələləri müzakirə olunub.




Bütün istiqamətlərdə əlaqələr, ticarət dövriyyəsinin davamlı
artımı, eləcə də enerji sahəsi daxil olmaqla uğurlu əməkdaşlıq
məmnunluqla qeyd edilib.

Neft-qaz, geoloji kəşfiyyat, “yaşıl enerji” və kimya sənayesinin
inkişafında birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir