
Bakı. Trend:
Gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən
məlumatlandırma sisteminin qurulması tətbiq ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə
təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini
tapıb.
Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə
birlikdə daşıycılara dair normativ hüquqi bazanın
təkmilləşdirilməsi, Malların və nəqliyyat vasitələrinin dövlət
sərhədindən buraxılış məntəqələrindən sürətli keçidinin təmin
olunması və çevik gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə
beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin
hazırlanması, Daşıyıcılar tərəfindən əvvəlcədən təqdim olunan
məlumatların gömrük sisteminə inteqrasiyasının təmin edilməsini
həyata keçirəcək.

