
Daşkəsəndə yeniyetməyə xəsarət yetirməktə şübhəli bilinən şəxs tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 13 yaşlı Y.T. saxlanılıb.
Araşdırma aparılır.
***
16.16
Daşkəsəndə yeniyetməyə dava zamanı xəsarət yetirilib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 2011-ci il təvəllüdlü E.O. qollarından və qulağından kəsilmiş yara ilə xəstəxanaya yeləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, yeniyetmə ilə tanışı arasında pul üstündə mübahisə olub. Tanışı onu butulka ilə vuraraq xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.

