Azərbaycanda gömrük anbar sistemi üzrə nəzarət mexanizmləri gücləndirilir

Baş səhifə

Azərbaycanda gömrük anbar sistemi üzrə nəzarət mexanizmləri gücləndirilir

APA-Economics” xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Etibarlı Tərəfdaş Konsepsiyası”nın tədbirlər planında öz əksini tapıb.

Qeyd edilib ki, malların istehsal prosesi ilə yanaşı, istehlakçıya çatdırılması ticarət zəncirinin əsas komponentidir və malların istehlakçıya çatdırılarkən anbarlarda saxlanılması anbar şəbəkəsinin genişləndirilməsinin hərəkətverici qüvvəsidir. Ölkəmizin mühüm nəqliyyat qovşaqlarında yerləşməsi, tranzit potensialının güclənməsi və artan istehsal həcmi anbar sisteminin təkmilləşdirilməsini labüd edir.

Sənədə əsasən, hazırda Azərbaycan Respublikasında gömrük anbar sistemi ilə bağlı normativ hüquqi baza mövcuddur, müxtəlif növ anbarlar fəaliyyət göstərir. Lakin sistemin tam potensialını reallaşdırmaq və nəzarət mexanizmlərini inkişaf etdirmək vacibdir. Mövcud anbar sisteminin təkmilləşdirilməsi gömrük orqanları ilə münasibətdə etibarlı tərəfdaşlığın formalaşmasına müsbət təsir edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir