Fatih Terimin çəkildiyi reklam hit oldu

Baş səhifə

“Qalatasaray”ın əfsanəvi baş məşqçisi Fatih Terimin yeni komanda ilə anlaşacağı gözlənilsə də, o, reklam çarxı ilə azarkeşlərin qarşısına çıxıb.

Metbuat.az xəbər verir ki, 72 yaşlı futbol adamının yer aldığı reklam qısa müddətdə milyonlarla baxış toplayıb.

Yeni çıxan qəhvə maşınını reklam dən Terim həm türkcə, həm də italyanca danışmaq bacarığını nümayiş etdirib.

İki fərqli Fatih Terimi canlandıran təcrübəli məşqçi türk qəhvəsini ana dilində, “Espresso”nu isə italyan dilində tərifləyib.

Qocaman məşqçinin “Biz bitdi deməyincə bitməz” ifadəsinin yer aldığı çarx 24 saat ərzində 3 milyon 346 min baxış toplayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir