“Moody’s”: Azərbaycanda uzunmüddətli iqtisadi artımın drayveri nəqliyyat-logistika və Qarabağın bərpası olacaq

Baş səhifə

“Azərbaycanın uzunmüddətli iqtisadi artımı nəqliyyat-logistika rolu və Qarabağın bərpası ilə dəstəklənəcək”.

APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib.

Agentliyin qiymətləndirməsinə görə, Azərbaycanın iqtisadi dayanıqlığı neft-qaz sektoruna davam edən asılılığa baxmayaraq, növbəti 12–18 ayda davamlı iqtisadi artım perspektivlərini qoruyur. Moody’s qeyd edir ki, ölkənin Orta Dəhlizin əsas halqasına çevrilməsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpası uzunmüddətli artımın əsas hərəkətverici amilləridir.

Hesabatda bildirilir ki, Azərbaycanda real ÜDM 2024-cü ildə 4,1% artıb, 2025-ci ildə isə qlobal ticarətdə qeyri-müəyyənlik və yüksək baza effekti fonunda artımın 1,5%-ə qədər yavaşlaması gözlənilir. Bununla belə, “Moody’s” orta müddətdə qeyri-neft sektorunun artımının nəqliyyat-logistika imkanlarının genişlənməsi və regional bərpa layihələri ilə dəstəklənəcəyini vurğulayır.

“Moody’s” əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönələn investisiyalar və yaşıl enerji layihələri iqtisadi diversifikasiyanın sürətlənməsinə, habelə xarici kapitalın cəlbinə müsbət təsir göstərəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir