X sosial şəbəkəsi 120 milyon avro cərimələndi

Baş səhifə

Bakı. Trend:

Amerikalı milyarder və sahibkar İlon Maska məxsus “X” sosial
şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib.

Trend xəbər verir
ki, məlumatı “Bloomberg” agentliyi yayıb.

Cəriməyə səbəb platformanın kontent moderasiyası ilə bağlı
Avropa İttifaqı qanunvericiliyini pozmasıdır.




Nəşr qeyd edir ki, bu addım Ağ Ev və Brüssel arasında yeni
mübahisələrin yaranmasına səbəb ola bilər.

Qərarda bildirilir ki, Avropa Komissiyası “X” platformasındakı
ödənişli “mavi nişan” simvolunun istifadəçiləri çaşdırdığını,
platformanın araşdırmaçıların məlumatlara çıxışını
məhdudlaşdırdığını və müvafiq reklam yerləşdirilməsini təmin
etmədiyini müəyyən edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir