İsveç bəzi ölkələrdə inkişaf proqramlarına maliyyəni dayandıraraq vəsaiti Ukraynaya yönəldəcək

Baş səhifə

İsveç hökuməti bir sıra ölkələrdə inkişaf proqramlarına maliyyəni dayandıraraq vəsaitləri Ukraynanın dəstəyinə yönəltmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, qərar Zimbabve, Tanzaniya, Mozambik, Liberiya və Boliviyada inkişaf məqsədli yardımın mərhələli şəkildə dayandırılmasını nəzərdə tutur. Nazirlik bu addımın Ukraynanın prioritetləşdirilməsi üçün atıldığını vurğulayıb.

Bu vəsaitlərin yenidən bölüşdürülməsi nəticəsində gələn il Kiyevə təxminən 1 milyard dollar yardım göndəriləcəyi gözlənilir.

XİN həmçinin təşəbbüs çərçivəsində İsveçin Zimbabve, Boliviya və Liberiyadakı səfirliklərinin bağlanacağını açıqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir