Avropa nəhəngi ​”Fənərbaxça”nın ulduzunu istəyir

Baş səhifə

“Fənərbaxça”nın oyunçusu Ceyden Oostervolde karyerasını İngiltərədə davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, “Nyukasl” futbolçunun transferini nəzərdən keçirir. İddialara görə, İngiltərə klubu Oostervoldeni transferdə prioritet futbolçu hesab edir. Xəbərdə deyilir ki, futbolçunun yüksək transfer haqqı ilə göndərilməsi İtaliyanın “Parma” klubu üçün də əlverişlidir.

“Parma” klubundan “Fənərbaxça”ya transfer edilən futbolçunun müqaviləsindəki bəndə görə, transfer haqqı 7 milyon avrodan çox olarsa, məbləğin 30 faizi İtaliya klubuna ödəniləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir