Almaniya parlamenti yeni hərbi xidmət modelini təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Almaniya parlamenti ölkədə hərbi xidmətin yeni modeli haqqında
qanunu qəbul edib.

Trend xəbər verir
ki, parlament üzvlərinin əksəriyyəti müdafiə naziri Boris
Pistoriusun gənclərin tibbi müayinədən keçməsi və hərbi qeydiyyatın
bərpasını nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.

Yeni qaydalara görə, gənclərə fiziki hazırlıqları və Almaniya
ordusuna qoşulmağa hazır olduqları barədə məcburi sorğular
göndəriləcək.




Məlumata əsasən, orduda ehtiyac duyulan say tam təmin olunmasa,
“ehtiyaclara əsaslanan” çağırış sistemi tətbiq oluna bilər. Bu
zaman gənclər püşkatma və ya digər mexanizmlər vasitəsilə
seçiləcək. Bunun üçün parlament ayrıca səsvermə keçirməlidir. Hərbi
xidmət müddəti ən azı altı ay olacaq.

Almaniyanın bir sıra şəhərlərində icbari hərbi xidmətin
tətbiqinə qarşı etiraz aksiyaları təşkil edilib.

Qeyd edək ki, Almaniyada icbari hərbi xidmət 2011-ci ilin
iyulunda ləğv olunub və bundan sonra ölkə peşəkar ordu sisteminə
keçib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir