Rüşvət alan suni intellekt nazir vəzifədən qovuldu

Baş səhifə

Albaniyada dövlət idarəçiliyinin rəqəmsallaşdırılması layihəsinin bir hissəsi olaraq nazir təyin edilən süni intellekt vəzifədən uzaqlaşdırılıb.

Metbuat.az xəbər verir ki, “nazir Diella” korrupsiya araşdırmasından sonra vəzifəsindən kənarlaşdırılıb. Açıqlamaya görə, süni intellekt nazir tenderin nəticələrini alqoritmik olaraq optimallaşdırmaq müqabilində rəqəmsal rüşvət alıb. Diellanın 14 bitkoin (təxminən 1,3 milyon avro) rüşvət aldığı bildirilir. Məlumata görə, süni intellekt nazir öz bacarığını yüksəltmək üçün aldığı kriptovalyutadan istifadə etməyi planlaşdırıb. Sistem qeydləri onun hakerlərlə qanunsuz proqram təminatı, Panamadan 120 petabayt server yaddaşı üçün danışıqlar apardığını ortaya qoydu.

Onun məqsədinin “Əbədi nazir” olmaq və seçki prosesindən yayınmaq olduğu iddia edilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir