Belarus nüvə istehsalının genişləndirilməsi planlarını BAEA-ya təqdim edib

Baş səhifə

Bakı. Trend:

Belarus Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) ölkədə nüvə
istehsalının genişləndirilməsi planları barədə məlumat verib.

Trend xəbər verir
ki, məlumat Belarus Xarici İşlər Nazirliyi tərəfindən
yayımlanıb.




Bildirilib ki, dekabrın 5-də xarici işlər nazirinin müavini İqor
Sekret BAEA-nın direktoru Rafael Qrossi ilə görüşüb.

Görüş zamanı İ. Sekret Rafael Qrossiyə Belarusda enerji
istehlakının proqnozlaşdırılan artımına uyğun olaraq nüvə
istehsalının genişləndirilməsi planları barədə məlumat verib və
ölkəsinin nüvə enerjisi proqramının bütün mərhələlərində BAEA ilə
əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir