
Bakı. Trend:
Amerikalı memar Frenk Geri 97 yaşında dünyasını dəyişib.
Trend xəbər verir
ki, məlumatı The New York Times yayıb.
Məlumata görə, Geri Kaliforniyanın Santa-Monika şəhərindəki
evində vəfat edib. Ölümün səbəbi qısa müddətli tənəffüs xəstəliyi
olub.
Frenk Geri müasir memarlığın ən görkəmli simalarından biri hesab
edilir və dekonstruktivizm cərəyanının əsas memarlarından sayılır.
O, 1989-cu ildə memarlığın “Nobel mükafatı” sayılan Pritzker
mükafatına layiq görülüb.
Geriyə məxsus ən məşhur layihələr arasında Bilbao Guggenheim
Muzeyi (1997), Los-Ancelesdə Walt Disney Konsert Zalının binası
(2003) və Praqadakı “Rəqs edən Ev” (1995) xüsusi yer tutur.

