Sumqayıtda oksigen balonlarının doldurulması sexinin fəaliyyəti dayandırılıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt
şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən, Sadıqov Cəlil Alim
oğluna məxsus oksigen balonlarının doldurulması sexində keçirilən
yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların
mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına,
ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə
yaratdığı müəyyən edilib.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki:

– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu
quraşdırılmayıb;

– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin
edilməyib;

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;




– obyektin taxta konstruksiyalarına odadavamlı məhlul
hopdurulmayıb;

– obyektdə “Yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə zidd
olaraq sıxılmış və mayeləşdirilmiş qazla dolu oksigen balonları
saxlanılır;

– obyektin ərazisi quru ot və kol-kosdan təmizlənməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən, Sadıqov Cəlil
Alim oğluna məxsus oksigen balonlarının doldurulması sexinin
fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın
bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir