
Bakı. Trend:
Rəsmi Vaşinqton və Kiyevdən olan nümayəndə heyətlərinin
görüşündə Ukraynanın müharibədən sonrakı bərpası məsələsi
qaldırılıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin
açıqlamasında bildirilir.
“Tərəflər Ukraynanın müharibədən sonrakı bərpasına dəstək üçün
gələcək rifah məsələsini, ABŞ və Ukraynanın birgə iqtisadi
təşəbbüslərini, eləcə də uzunmüddətli bərpa layihələrini ayrıca
müzakirə ediblər”,-deyə açıqlamada qeyd olunur.
Məlumatda vurğulanır ki, danışıqlarda ABŞ prezidentinin xüsusi
nümayəndəsi Stiven Uitkoff, Amerika liderinin kürəkəni, iş adamı
Cared Kuşner, Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi
Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
Andrey Qnatov iştirak ediblər.

