Azərbaycan gənclərin təşəbbüslərini Gənclər Dialoqu platforması vasitəsilə birləşdirir – Nazir

Baş səhifə

Bakı. Trend:

Növbəti il Azərbaycanda BMT tərəfindən dəstəklənən müxtəlif
böyük tədbirlər keçiriləcək.

Trend xəbər
verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov D-8 Gənclər
Dialoqunun rəsmi açılış mərasimində çıxışı
zamanı deyib.

Nazir bildirib ki, bu, çox böyük bir imkandır:




“Biz gənclərin təşəbbüslərini və COP29 təşəbbüslərini bu
platforma vasitəsilə birləşdirir və uzlaşdırırıq”.

F.Qayıbov vurğulayıb ki, növbəti il keçiriləcək forumun əsas
mövzusu şəhərlər olacaq və əsasında insanlar dayanacaq:

“Gənclər — xüsusilə də innovasiya və yaradıcılıq sahəsində aktiv
olan gənclər — böyük enerji və potensiala malikdirlər. Dialoqun
gündəmi çox dolu və aktiv olacaq, gənclər isə fəal iştirak
edəcəklər. Burada, həmçinin çox sayda könüllü də iştirak edir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir