Şəhər planlaşdırması zamanı gənclər və cəmiyyətin tələbləri nəzərə alınmalıdır – Komitə sədri

Baş səhifə

Bakı. Trend:

Gənclər ancaq iqlim və dayanıqlılıq məsələlərində deyil, digər
istiqamətlərdə də aktivlik nümayiş etdirməlidirlər.

Trend xəbər
verir ki, bunu D-8 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədri Anar Quliyev D-8 Gənclər Dialoqunun rəsmi açılış mərasimində çıxışı
zamanı deyib.

Komitə sədri bildirib ki, Azərbaycan gəncləri memarlıq sahəsində
aktiv iştirak edirlər:




“Biz başa düşürük ki, şəhər planlaşdırması zamanı gənclər və
cəmiyyətin tələbləri nəzərə alınmalıdır. Biz təhsilə, modelliyə çox
böyük önəm veririk”.

O qeyd edib ki, baş tutan Dialoqlar multikultural əməkdaşlığa
çox böyük töhfə verir.

Anar Quliyev gəncləri Ümumdünya Şəhərsalma Forumunda da aktiv
iştirak etməyə səsləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir