D-8 Gənclər Dialoqu 350 milyon gəncin Bakıda təmsil olunması deməkdir – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Dünya texnolgiya və iqlim siyasəti sahəsində çox sürətlə inkişaf
edir. Gənclərin bu proseslərdə iştirakı da çox önəmlidir.

Trend xəbər
verir ki, bunu COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin
müavini Yalçın Rəfiyev D-8 Gənclər Dialoqunun rəsmi açılış mərasimində çıxışı
zamanı deyib.

Nazir müavini bildirib ki, D-8 Gənclər Dialoqu 350 milyon gəncin
Bakıda təmsil olunması deməkdir:




“Gənclərin təşəbbüsləri bizim gələcəyimizi formalaşdıracaq. Bu
tədbir bizim ideyalarımızın reallaşması üçün ideal fürsətdir”.

Y. Rəfiyev əlavə edib ki, gənclər Dialoq çərçivəsində ideayların
mübadiləsini həyata keçirməli və birlikdə fəaliyyət
göstərməlidirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir