“Fənərbaxça” “Qalatasaray”dan şikayət etdi

Baş səhifə

Türkiyə çempionatının 15-ci turunda oynanılan “Qalatasaray” – “Samsunspor” matçı müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, qonşu ölkənin futbol mütəxəssisləri qarşılaşmanın son dəqiqələrində “Qalatasaray” əleyhinə 11 metrlik cərimə zərbəsinin verilmədiyini iddia edirlər. Onların fikrincə, matçın hakimi Mehmet Türkmen tərəfsizliyini pozaraq, sarı-qırmızılı klubun qələbəsini təmin edib.

“Qalatasaray”ın əzəli rəqibi “Fənərbaxça”nın rəsmiləri də hakimin qərarından narazı qalıblar. “Fənərbaxça” prezidenti Sadettin Saran oyundan dərhal sonra yazılı açıqlama yayıb. Saran bu cür halların insanları futboldan iyrəndirdiyini bildirib.

“Fənərbaxça” prezidenti Türkiyə Futbol Federasiyasının sədri İbrahim Hacıosmanoğluna müraciət edib. Sadettin Saran “Qalatasaray”ın meydandan 3 xalla ayrıldığı matçda hakim tərəfindən verilən qərarların araşdırılmasını tələb edib.

Saran təkcə mərkəz deyil, VAR hakimindən də şikayətçi olduqlarını bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir