“S&P” manatın dollara nisbətdə məzənnəsi ilə bağlı proqnoz verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan manatının ABŞ dollarına 1 dollar üçün 1,7 manat
səviyyəsində sabit nisbətinin qorunacağı gözlənilir.

Trend “S&P
Global Ratings” agentliyinə istinadən xəbər verir ki, bu sabitliyi
ölkənin müntəzəm valyuta müdaxilələri və möhkəm ehtiyat potensialı
dəstəkləyir.

“S&P”nin hesabatında vurğulanır ki, 2025-ci il oktyabrın
31-nə Mərkəzi Bankın ehtiyatları 11,4 milyard ABŞ dollarına çatıb
və neft qiymətlərinə dair əsas ssenari çərçivəsində əhəmiyyətli
buffer təmin edir.




“Bununla belə, iqtisadiyyatın neft-qaz gəlirlərindən asılılığını
nəzərə alaraq, uzunmüddətli aşağı neft qiymətləri dövrü hökuməti
ehtiyatların qorunması məqsədilə məzənnənin idarə olunan şəkildə
tənzimlənməsi imkanını nəzərdən keçirməyə vadar edə bilər. Sabit
məzənnə aşağı inflyasiyanı dəstəkləyir, lakin Mərkəzi Bankın
pul-kredit siyasətini müstəqil aparmaq imkanlarını məhdudlaşdırır.
Manatla depozitlər üzrə faizlərin artırılması və məzənnənin sabit
qalması nəticəsində depozitlərin dollarlaşması pandemiyadan əvvəlki
55%-lə müqayisədə 29%-ə düşüb. Bununla belə, valyuta bazarına
yenidən təzyiq yaranacağı halda əmanətlərin sürətlə xarici
valyutada depozitlərə qaytarılması mümkündür”, – deyə hesabatda
qeyd olunur.

“S&P” analitikləri xatırladırlar ki, Azərbaycanda bankların
prudensial tənzimlənməsi və nəzarətinin gücləndirilməsinə yönəlmiş
2024–2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyası
çərçivəsində geniş islahatlar həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir