
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF)
aktivləri 2029-cu ilə qədər ölkənin ümumi xarici borcunu
üstələyəcək və bu dövrdə xalis beynəlxalq investisiya mövqeyinin
orta göstəricisi ÜDM-in təxminən 76 faizini təşkil edəcək.
Trend xəbər verir
ki, bu barədə “S&P Global Ratings” hesabatıda qeyd olunur.
“Azərbaycanın xarici balansı onun kredit dayanıqlığının əsas
amillərindən biri olaraq qalır ki, buna ARDNF-də toplanmış
əhəmiyyətli valyuta aktivləri dəstək verir. Bu ehtiyatlar xarici
şoklar əleyhinə ciddi qoruyucu rol oynayır. Gözləyirik ki, likvid
xarici aktivlərin həcmi ölkənin xarici borcu səviyyəsindən ən azı
2028-ci ilin sonuna qədər yüksək qalacaq və 2025–2028-ci illərdə
xalis beynəlxalq investisiya mövqeyi orta hesabla ÜDM-in təxminən
76 faizini təşkil edəcək. Hərçənd ki, iqtisadiyyat xarici ticarət
şərtlərinin dəyişkənliyinə qarşı həssas olaraq qalır, Azərbaycanın
xalis xarici mövqeyinin miqyası qiymət dövrlərindəki mənfi
təsirlərin xarici likvidlik və bütövlükdə iqtisadiyyat üzərindəki
yükünü əhəmiyyətli dərəcədə yumşaltmalıdır. Proqnozlaşdırırıq ki,
cari hesab 2025–2028-ci illərdə ÜDM-in orta hesabla təxminən 3
faizi səviyyəsində qalacaq və 2028-ci ildə hidrokarbon hasilatının
sabitləşməsi və investisiya tələblərinin artması fonunda kiçik
kəsirə keçəcək”,-“ S&P”nin hesabatında deyilir.
Agentliyin analitikləri bildirirlər ki, hazırkı büdcə
müzakirələri hökumətin 2026-cı ildə mərkəzləşdirilmiş büdcənin
ÜDM-ə nisbətdə təxminən 2,3 faiz səviyyəsində kəsrə hədəfləndiyini
göstərir.
“Bizim neft qiymətləri üzrə baza proqnozumuz bir qədər daha
mühafizəkardır – 2026-cı ildə barrelinə 60 dollar, 2027–2028-ci
illərdə isə barrelinə 65 dollar. Bu isə rəsmi proqnozlarla
müqayisədə gəlirlərin azalması baxımından müəyyən risklər yaradır.
Bununla belə, gözləyirik ki, 2025–2028-ci illərdə dövlət sektorunun
konsolidə olunmuş fiskal mövqeyi profisitli qalacaq və orta
göstərici ÜDM-in 1 faizi səviyyəsində kəsirə uyğun olacaq. Orta
müddətli büdcə çərçivəsi 2029-cu ilə qədər davamlı dövlət büdcəsi
kəsirləri nəzərdə tutsa da, tarixən bu proqnozlar daha aşağı xərc
icrası və ARDNF vəsaitlərinin davamlı toplanması fonunda
konservativ olub”,- deyə hesabatda qeyd olunur.

