Tramp Amerika futbolunun adını dəyişməyi təklif edib

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Dünya Çempionatı – FIFA 2026-nın püşkatma
mərasimində iştirak edən ABŞ Prezidenti Donald Tramp Amerika
futbolunun adını dəyişdirmək çağırışı ilə çıxış edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Məgər sokker (ABŞ-də futbol “sokker” adlanır – red) əslində elə
futbol adlandırılmalı deyilmi? Bu elə əsl fubtoldur, buna heç bir
şübhə yoxdur. Biz gərək Amerika futboluna təzə at axtarıb-tapaq.
Çünki bu ad, bir qədər düşünsəz, mənasızdır”, – deyə Tramp
bildirib.

Qeyd edək ki, dünyanın ən mötəbər idman yarışına – FIFA 2026-ya
3 ölkə – ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Çempionat
iyunun 11-də start götürəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir