Azərbaycandan Avstraliyaya məhsul ixracı 3 dəfəyə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Avstraliya
arasında ticarət əməliyyatlarının həcmi 764,492 milyon ABŞ dolları
təşkil edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 271,6 milyon ABŞ dolları və ya 26,2% azdır.

Hesabat dövründə Avstraliya ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 1,87%-i həcmində olub. Bununla da
sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 9-cu pillədə
qərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Avstraliyaya
309 min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 195 min ABŞ dolları və ya 2,7 dəfə çoxdur.




Hesabat dövründə Avstraliyadan Azərbaycana isə 764,183 milyon
ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da
2024-cü ilin eyni dövrü ilə müqayisədə 271,8 milyon ABŞ dolları və
ya 26,2% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard
ABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,
19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6
milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya
2,5 dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir