Azərbaycanda tikinti şüşəsi istehsalı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8,440 milyon
kvadratmetr tikinti şüşəsi istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə
müqayisədə tikinti şüşəsinin istehsal həcmi 12,9 min kubmetr və ya
0,2% artıb.




Cari ilin noyabrın 1-nə hazır məhsul ehtiyatı 1,604 milyon
kvadratmetr təşkil edib.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı
sahəsində 2025-сi ilin yanvar-oktyabr aylarında istehsalın ümumi
dəyəri 1,181 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 4,3 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir