Azərbaycanda mebel istehsalının dəyərinin 433 milyon manata yaxın olacağı proqnozlaşdırılır

Baş səhifə

Bakı.Trend:

Ötən illə müqayisədə bu ilin ilk 10 ayı ərzində ölkəmizdə mebel
istehsalı 10,9 % artıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mebel
İstehsalçıları Assosiasiyasının sədr müavini Tural Ozan məlumat
verib.




O bildirib ki, 2024-cü il üzrə Azərbaycanda mebel istehsalının
dəyəri 391,2 milyon manat idi isə, bu ilin sonu həmin rəqəmin 433
milyon manata yaxın olacağı proqnozlaşdırılır .

“Bugün ölkəmizdə mebel istehsalı mebelə olan daxili tələbatın
50- 60% ödəmək iqtidarındadır. Mebelin hazırlanmasında əsas təlabat
mdf və laminat məhsullarınadır. Mebel istehsalı interyer dizayn
sahəsinin əsas xəttidir. İnteryer dizayn sahəsi isə hərgün
yenilənir, yeni təlabatlar formalaşır. Müasir dizayn həlləri,
funksionallıq , trendlər, rəng və teksturalar tələbatın
formalaşmasında əsas rol oynayır”,- deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir