
Bakı. Trend:
“Barselona” İspaniya La Liqasının 16-cı turu çərçivəsində “Betis”in qonağı olacaq.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, son ölkə çempionu oyuna ciddi
itkilərlə çıxacaq.
Müdafiəçi Ronald Arauxo, yarımmüdafiəçilər Frenki de Yonq və
Fermin Lopes komandaya kömək edə bilməyəcəklər. Zədəli futbolçular
komanda ilə birlikdə səfərə aparılmayacaqlar.
Qeyd edək ki, “Betis” – “Barselona” qarşılaşması bu gün Bakı
vaxtı ilə saat 21:30-da start götürəcək.

