
Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında sülhün institutlaşdırılması
üzərində işləmək lazımdır.
Trend xəbər verir
ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen
Qriqoryan Qətərdə Doha Forumu çərçivəsində keçirilən panel
müzakirələrində deyib.
Müzakirələrdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev də iştirak edib.
İrəvan və Bakı sülhə can atır və bu, çox vacibdir, çünki bu
olmadan beynəlxalq ictimaiyyətin səyləri nəticə verə bilməz. İndi
sülhün uzunmüddətli olması üçün onu institusionallaşdırmağın
üzərində çalışmaq lazımdır”, – Qriqoryan qeyd edib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi həmçinin bildirib ki,
hazırda Bakı və İrəvanın narrativləri bir-birinə daha yaxındır,
halbuki 1-2 il əvvəl tərəflər bir-birinə zidd mövqeləri müzakirə
edirdi.
Avqust ayında Vaşinqtonda keçirilən görüşdən danışan Qriqoryan
əlavə edib ki, bir çox məsələlərin müəyyənləşməsində İrəvan və
Bakının mövqeləri, eləcə də ABŞ Prezidenti Donald Trampın sülhə
sadiqliyi mühüm rol oynayıb.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.

