Hikmət Hacıyev və Armen Qriqoryan panel müzakirəsində iştirak ediblər

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen
Qriqoryanla birlikdə “Doha Forumu” çərçivəsində
“Ermənistan-Azərbaycan davamlı sülhü: Vaşinqton sazişi və birgə
gələcək” mövzusunda panel müzakirəsində iştirak edib.

Trend xəbər
verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

“”Dohа Forumu” çərçivəsində mən və Ermənistan Təhlükəsizlik
Şurasının katibi Armen Qriqoryan “Ermənistan–Azərbaycan Davamlı
Sülh: Vaşinqton Sazişi və Ortaq Gələcək” adlı paneldə moderator
David Hearst ilə birlikdə iştirak etdik.

Biz Vaşinqton razılaşmalarının icrası istiqamətində atılmış
addımları, o cümlədən sülhün iqtisadi faydaları, əlaqə və
kommunikasiya imkanları, etimad quruculuğu tədbirləri və s. barədə
müzakirə apardıq. Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh
və rifah zonasına çevirmək istiqamətində olan güclü niyyətini
vurğuladım№.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir