Bakıda leysan olacaq – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u
axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan
xarakterli olacağı gözlənilir.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.




Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərb
rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava
şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki,
Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının
leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı
ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ
çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir