
Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri
Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət
qurumları rəhbərlərinin 7-ci iclası çərçivəsində ikitərəfli
görüşlər keçirilib.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri Fuad Muradov Qazaxıstan Respublikasının “Otandastar
Fondu”nun prezidenti Daniyar Kadyrov və Özbəkistan Respublikasının
Millətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İş
üzrə Komitəsinin sədri Kahraman Sarievlə görüşüb.
Görüşlərdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə
inkişafından danışılıb, diasporlarımızın ortaq fəaliyyət imkanları
müzakirə edilib.
Özbəkistan və Qazaxıstan tərəfi Azərbaycanın diaspor təcrübəsini
yüksək qiymətləndirdiklərini və bu təcrübədən faydalanmağın
zəruriliyini diqqətə çatdırıblar.
Əməkdaşlıq sahəsində dinamiklik müsbət dəyərləndirilib,
Azərbaycan, özbək və qazax diasporlarının görüşlərinin təşkili ilə
bağlı razılığa gəlinib.

